Kimlərsə oyun qurub, bu ölkəni ələ almağa çalışdı, lakin biz buna icazə vermədik.
7News.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Daxili İşlər naziri Süleyman Soylu Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı deyib.
"Bizim var olduğumuz bu regionda heç kim Türkiyəyə qarşı oyun qura bilməz. Bunu heç kim edə bilməz. Nə Almaniya, nə İngiltərə, nə də ABŞ! Hamısının qurduğu planı pozarıq. Necə ki, bunu etdik", - Soylu bildirib.
7News.Az








