Türkiyənin Hakkari şəhərində PKK silahlı birləşmələri ilə baş verən qarşıdurma nəticəsində 8 əsgər şəhid olub.
7News.az Türkiyə mediasına istinadən bildirir ki, Türkiyənin Hakkari şəhərinin Çukurca mahalında terrorçulara qarşı aparılan hərbi əməliyyatlar zamanı 6 əsgər şəhid olub. 8 əsgər isə yaralanıb. Həmin əraziyə gələn helikopterin qəzaya uğraması nəticəsində isə 2 pilot şəhid olub.








