RU
Türkiyəni qana boyamağa hazırlaşan
16:23
717

Türkiyəni qana boyamağa hazırlaşan "canlı bomba" tutuldu - FOTO

Türkiyəni qana bulamağa hazırlaşan "canlı bomba" yaxalanıb.

7News.az-ın verdiyi məlumata görə, Qaziantepdə hücuma hazırlaşan İŞİD üzvi yaxalanıb. Terrorçu terror törətmək üçün Suriyadan Türkiyəyə keçməyə çalışarkən yaxalanıb. 

Terrorçu barədə polisə kəşfiyyat məlumatı daxil olub. Bundan sonra sərhəddə təhlükəsizlik gücləndirilib. Onların apreln 3-də ölkəyə daxil olacağı bəlli olub.

Polis aralarında uşaqların da olduğu 18 nəfərlik qrupu saxlayıb. Qrupun arasında olan 29 yaşlı Çeçenistandan olan gənc tutulub. İŞİD-li terrorçunun üzərindən 2 əl bombası, terrorçu kəməri formasında 750 qramlıq C4 patlayıcısı ələ keçirilib.

D.G terror təşkilatının təlimatı ilə Raqqadan gəldiyini, Qaziantepə gedərək bombalı hücum hazırlığında olacağını deyib.//big
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ