RU
Türkiyənin daha bir peyki orbitə çıxarılacaq
13:00
251

Türkiyənin daha bir peyki orbitə çıxarılacaq

Türkiyənin "Türksat-5B" peykinin orbitə çıxarılması üçün geri sayım başlayıb.

7News.Az türk mətbuatına istinadən xəbər verir ki, bununla da kosmosda peyki olan 30 ölkədən biri olaraq Türkiyənin aktiv peyklərin sayı 8-ə çatacaq.


"Türksat-5B"nin buraxılışı dekabrın 19-na planlaşdırılıb.

Peyk ABŞ-ın Florida ştatındakı "Canaveral" kosmodromunda yerləşən "Space X" bazasından "Falcon 9" raketi ilə buraxılacaq.

Qeyd edək ki, peykin göyərtəsində Türkiyə və Azərbaycandan olan uşaqların rəsmlərindən yaradılmış kollaj yerləşdiriləcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ