RU
Türkiyənin koronavirus olmayan kəndi - VİDEO
17:10
925

Türkiyənin koronavirus olmayan kəndi - VİDEO

Türkiyənin Amasya vilayətinin Göypınar kəndində indiyədək koronavirusa yoluxma halı qeydə alınmayıb.

7News.Az Xəzər TV-yə istinadən bildirir ki, buna baxmayaraq, 32 evi və 50 nəfər sakini olan yaşayış məntəqəsinda maska, sosial məsafə və gigiyena qaydalarına daim riayət edirlər.

Artıq kənd sakinlərinin 87%-nin vaksinasiyası başa çatıb. Onlardan bəziləri isə peyvəndin 3-cü dozasını da vurdurub.

Yerli camaat ölümcül virusun onlardan yan keçməsini kəndin gözəl havası və qaydalara riayət olunmasıyla əlaqələndirir.

 

7News.Az 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ