RU
Türkiyənin Xarici işlər naziri Ahıska türkləri ilə görüşüb
14:31
35

Türkiyənin Xarici işlər naziri Ahıska türkləri ilə görüşüb


Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin Çimkənddəki Fəxri Baş Konsulluğunun açılış mərasimində iştirak etmək üçün gəldiyi Qazaxıstanda Ahıska türkləri ilə görüşüb.

7NEWS.az xəbər verir ki, Nazir Çavuşoğlu sosial media hesabındakı paylaşımında "İllər əvvəl yurd-yuvasından didərgin düşərək Qazaxıstanda məskunlaşan vətəndaşlarımız, iş adamlarımız, Ahıskalı qardaşlarımızla bir araya gəldik, həsrət çəkdik. Ahıska türklərinin yanında olmağa və onların hüquqlarını müdafiə etməyə davam edəcəyik. Türk dünyası birlikdə güclüdür” deyə bildirib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ