RU
Türkiyənin yeni baş nazirinin
11:36
1167

Türkiyənin yeni baş nazirinin

Türkiyənin yeni baş naziri Binəli Yıldırım ölkə parlamentində çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinin həllindən danışıb. 

7News.Az-ın məlumatına görə, baş nazir münaqişənin ədalətli həlli üçün əlindən gələni edəcəyini bildirib. 

“İki ölkə arasında gərginliyin azaldılması və Azərbaycanın Ermənistan tərəfindən işğal edilən torpaqlarının azad edilməsi üçün səy göstərməliyik”, - deyə Yıldırım qeyd edib. 

Türkiyənin baş naziri Ermənistanla gələcəkdə qurula biləcək iqtisadi və siyasi əlaqələrdən də danışıb. Nazir Ermənistanla qarşılıqlı maraqlar və işbirliyi üçün açıq mühitin yaradılmasını gözlədiklərini vurğulayıb: 

"Tarixin araşdırılmasını özündə əks etdirən qarşılıqlı münasibətlərin qurulacağına inanırıq”.

Türkiyənin yeni baş naziri Ankaranın Qafqazdakı qeyri-sabit vəziyyəti şəxsi problem kimi qəbul etdiyini deyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ