Hövsanda qonşularının evindən oğurluq edən 21 yaşlı gənc saxlanılıb.
Paytaxtın Hövsan qəsəbəsi Qum adası yaşayış massivində yaşayan Emin Bünyatovun şikayəti əsasında bölmə əməkdaşları Rafiqi şübhəli şəxs kimi sorğu- suala çəkiblər. Dindirilmə zamanı o, dəlillər qarşısında aciz qalıb və qonşusunun evindən qızıl-zinət əşyalarını oğurladığını etiraf edib. Rafiq izi itirmək və qəniməti müəyyən müddətə kimi saxlamaq üçün ağlagəlməz yer seçib. O, qızılları insanlara yox, həyətyanı sahələrindəki toyuqlara etibar edib.
Rafiq Rzayev dindirilərkən əvvəllər də bir neçə qonşusunun evinə soxulduğunu boynuna alıb. Həmin evlərdən isə pul və tikintidə istifadə olunan aparatlar götürüb.
Rafiqin bu etirafları bağlı qalan bir neçə cinayətin üstünün açılmasına kömək etsə də, özünə qətiyyən kömək etməyəcək. Yaxın bir neçə ili o, həbsxanada keçirəcək. Sonrakı peşmançılıq və hətta göz yaşlarına baxmayaraq. (Region TV)
7News.Az








