RU
Ucarda avtomobil velosipedçini vuraraq öldürüb
20:30
239

Ucarda avtomobil velosipedçini vuraraq öldürüb

Ucarda velosipedçinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Qaradağlı kəndindən keçən hissəsində qeydə alınıb.
"Mercedes Vito" markalı avtomobil yolu keçən velosipedçi, rayonunun Qaradağlı kənd sakini, 1966-cı il təvəllüdlü Əbülfət Sabir oğlu Həsənovu vurub.

Ağır xəsarət alan Əbülfət Həsənov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ