Ukrayna ordusu əks-hücum əməliyyatı çərçivəsində 250-dən çox rusiyalı hərbçini əsir götürüb.
Bu barədə Ukrayna ordusunun Üçüncü Ordu Korpusunun komandanı, briqada generalı Andrey Biletski məlumat verib.
Bildirilib ki, dronların iştirakı ilə həyata keçirilən əməliyyat nəticəsində Rusiya tərəfdən 2 000 hərbçi öldürülüb.
Məlumata görə, bununla da "Vivaldi" əməliyyatının üçüncü mərhələsi başa çatıb.








