Ukrayna Pilotsuz Uçuş Aparatları (PUA) ilə Rusiya ərazisinə hücum edib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, PUA-lar Rusiyanın Kaluqa vilayəti ərazisində vurulub. Məlumata görə, itki və dağıntı olmayıb.