7NEWS.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski gecə saatlarında sosial media hesabında verdiyi açıqlamada Rusiyanın Xarkovda 9 mərtəbəli yaşayış binasını dəqiq idarə olunan bomba ilə vurduğunu bildirib. Hücum zamanı dəqiq idarə olunan bombanın yaşayış binasına düşməsi nəticəsində 1 uşağın öldüyü, 34 nəfərin yaralandığı açıqlanıb.








