7NEWS.az xəbər verir ki, ABŞ Ukraynanın aylardır davam edən tələbinə nəhayət cavab verdi. ABŞ prezidenti Co Baydenin administrasiyası Ukraynaya uzaqmənzilli Amerika raketlərindən istifadə etmək üçün lazımi icazə verib. Müharibəyə uzaqmənzilli raketlərin tətbiqi o deməkdir ki, Ukrayna hərbçiləri artıq Rusiyanın dərinliklərini hədəfə ala bilər.








