RU
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya ordusunun Belarusa çəkildiyini bildirib
13:00
1311

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya ordusunun Belarusa çəkildiyini bildirib

Ukrayna ilə sərhəddə Rusiya ordusu hava hücumundan müdafiə sistemlərini Belarus ərazisinə aparır.

7NEWS.Az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı öz Facebook səhifəsində məlumat yayıb.
"Volın və Polesye istiqamətlərində Rusiya Federasiyası silahlı qüvvələrinin hava hücumundan müdafiə sistemlərinin Belarus Respublikası ərazisinə hərəkəti qeyd olunur", - məlumatda deyilir.

Baş Qərargah əlavə edib ki, Belarus ərazisindən və hava məkanından Rusiya ordusunun raket və hava zərbələri təhlükəsi hələ də davam edir.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ