RU
“Ukrayna ötən ay 8300 hərbçi itirib” - Şoyqu
21:40
1006

“Ukrayna ötən ay 8300 hərbçi itirib” - Şoyqu

"Ukrayna Silahlı Qüvvələri noyabr ayında 8300-dən çox hərbçi itirib”.

7News.Az "Vedomosti” portalına istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın müdafiə naziri Sergey Şoyqu nazirlikdə iclas zamanı açıqlayıb. 

Onun sözlərinə görə, Ukrayna tərəfi noyabr ayında 5 təyyarə, 10 helikopter, 149 tank və 300-dən çox zirehli döyüş maşını itirib. 

Şoyqu qeyd edib ki, Ukrayna canlı qüvvə və texnika baxımından ən çox itkini Luqansk-Donetsk və Cənubi Donetsk istiqamətlərində verib. 

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi sentyabrın 21-i yaydığı məlumatda müharibə zamanı 61 207 ukraynalı hərbçinin öldüyünü, daha 49 368 hərbçinin isə yaralandığını açıqlamışdı. Şoyqu bu zaman Rusiya tərəfindən müharibədə ümumilikdə 5937 hərbçi öldüyünü bəyan etmişdi.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ