RU
Ukrayna və Moldovada elektrik enerjisi, mobil rabitə və internet kəsilib - YENİLƏNİB
19:50
327

Ukrayna və Moldovada elektrik enerjisi, mobil rabitə və internet kəsilib - YENİLƏNİB

Rusiyanın Ukrayna ərazisinə atdığı raketlər nəticəsində Ukraynanın bütün ərazisində, eyni zamanda Moldovanın bir hissəsində və Dnestryanı ərazidə elektrik enerjisi kəsilib. 

7NEWS.Az xəbər verir ki, bu barədə Ukrayna KİV yazıb.

Bildirilib ki, Moldovada həmçinin mobil rabitə və internetin fəaliyyətində də problem yaranıb.

Xarkov şəhərində metronun və trolleybusların hərəkəti dayanıb. Kiyevdə isə qatarların hərəkətində fasilə yaranıb. Paytaxtda metro məhdud rejimdə işləyir. Hazırda çox sayda insan metro stansiyalarından sığınacaq kimi istifadə edirlər.

Bundan başqa, Kiyev şəhərinə suyun verilişi dayandırılıb.  

Məlumata görə, Kiyevə atılan raketlərdən biri Dnepr çayına düşüb.

Vurğulanıb ki, Rusiya, əsasən, elektrik stansiyaları və qazanxanaları hədəf alıb.

-----
 

Rusiya ordusu Ukraynanın şəhər və vilayətlərini növbəti dəfə raket hücumuna məruz qoyub.

7NEWS.Az UNIAN-a istinadən xəbər verir ki, Odessa, Nikolayev, Kiyev vilayətlərinə, həmçinin İzyum, Kremençuq, Dnepr, Xerson şəhərlərinə raket atılıb.

Hazırda Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri raketləri zərərsizləşdirməyə çalışır.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ