RU
Ukrayna XİN AEBA-nın Zaporojye AES-ə səfərini şərh edib
22:15
743

Ukrayna XİN AEBA-nın Zaporojye AES-ə səfərini şərh edib

Ukrayna XİN-in mətbuat katibi Oleq Nikolenko Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) missiyasının Zaporojye AES-ə səfərini şərh edib.

7NEWS.Az-ın xəbərinə görə Nikolenko bildirib ki, AEBA Ukrayna hökumətinin dəvəti ilə Zaporojye AES-ə səfər üçün missiya yaradıb. 14 beynəlxalq ekspertin daxil olduğu missiyaya AEBA-nin baş direktoru Rafael Qrossi rəhbərlik edir.

Beynəlxalq nüvə alimlərindən ibarət nümayəndə heyəti artıq Vyananı tərk edib və bu gün Kiyevə gəlməlidir. Missiyanın yaxın günlərdə Zaporijye AES-də işə başlayacağı gözlənilir. AEBA-nın missiyası üç əsas məsələ üzərində işləyəcək:

- Fiziki müdafiə,

- Nüvə təhlükəsizliyi,

- Nüvə materiallarının yayılmamasına zəmanətlər.

Nikolenko xatırladıb ki, Ukraynanın mövqeyi bəllidir: Rusiya qoşunlarının beynəlxalq qaydaları pozaraq Zaporojye AES-in ərazisinə külli miqdarda hərbi texnika və sursat gətirməsi AES-i ciddi təhlükə qarşısında qoyur. Bu həm də radioaktivliyin yayılmasına səbəb ola bilər.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ