"Rusiya Federasiyasının Ukraynaya silahlı təcavüzü nəticəsində 313 uşaq həlak olub, 579-dan çoxu yaralanıb”.
7NEWS.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Ukrayna Baş Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, uşaqlar arasında ən çox qurbanlar Donetsk vilayətində - 291, Xarkovda - 169, Kiyevdə - 116, Çerniqovda - 68, Luqanskda - 54, Xersonda - 52, Nikolayevdə - 48, Zaporojyedə - 30, Sumi vilayətində - 17 qeydə alınıb.
Məlumatda vurğulanır ki, bu rəqəmlər yekun deyil, çünki müvəqqəti işğal olunmuş və azad edilmiş ərazilərdə, həmçinin aktiv döyüş əməliyyatlarının aparıldığı yerlərdə rəqəmlərin dəqiqləşdirilməsi istiqamətində işlər davam edir.
7NEWS.Az








