7NEWS.az xəbər verir ki, üç illik müharibədən yorulmuş Ukrayna son iki ilin ən pis noyabrını keçirdi. Ukrayna noyabr ayında Nyu-York şəhəri böyüklüyündə ərazisini Rusiya qüvvələrinə itirib. Noyabrda rusların tutduqları ərazi min kvadratkilometrdir. Mütəxəssislər iddia edirlər ki, torpaqların böyük hissəsi kənd ərazisidir və böyük strateji və ya əməliyyat dəyərinə malik deyil. Rusiya regionun paytaxtı və əsas hərbi hədəf olan Pokrovsk şəhərinə doğru irəliləyir. Donetsk Rusiya qüvvələrinin ən az ərazi nəzarətinə malik olduğu bölgə olaraq qalır.








