RU
Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqlar yaxın vaxtlarda başlaya bilər
18:10
117

Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqlar yaxın vaxtlarda başlaya bilər

Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqlar yaxın vaxtlarda başlaya bilər.

7NEWS.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, danışıqların tezliklə başlaması tamamilə mümkündür: "Lakin bu sürət Ukraynanın islahatlara nə qədər hazır olmasından asılı olacaq”.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl NATO ölkələrini Ukraynanın Aİ və Alyansa üzvlük müraciətlərini dəstəkləməyə çağırmışdı. O həmçinin rəsmi Kiyevin 2030-cu ilədək Aİ-yə daxil olacağını demişdi.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ