RU
Ukraynanın paytaxtı dəyişdirilir
15:39
1953

Ukraynanın paytaxtı dəyişdirilir

7News.Az xarici mediaya istinadən xəbər verir ki, Ukrayna prezidenti Petro Poroşenkonun rəsmi saytında paytaxtı köçürməyi xahiş edən petisiya yerləşdirilib. “Ukraynanın paytaxtını Sumsk vilyatənin Şostka şəhərinə köçürməyi təklif edirəm”, -deyə sənədin mətnində qeyd olunur. 

Qeyd edək ki, indiyə qədər petisiyanı 25 nəfər imzalayıb. Petisiyaya baxılması üçün 25 min imza gərəklidir. 

Xatırladaq ki, fevralın sonlarında Ukraynanın paytaxtının Kiyevdən Kanevə köçürülməsi təklif edilmişdi. Belə bir təkliflə ukraynalı siyasətçi Boris Kolesnikov çıxış etmişdi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ