Ukraynaya dəstəklə bağlı Təmas Qrupunun iclası keçiriləcək.
7NEWS.Az xəbər verir ki, bu barədə Litvanın müdafiə naziri Arvidas Anusauskas "Twitter"də bildirib.
Onun sözlərinə görə, iyulun 20-də ABŞ-ın rəhbərlik etdiyi Ukraynaya dəstəklə bağlı Təmas Qrupunun (Ramstein 4) virtual iclası keçiriləcək.
İclas zamanı Ukraynaya hərbi dəstək müzakirə olunacaq və yardım əlaqələndiriləcək.
"Litvanın da təklif edəcəyi bir şey olacaq”, - müdafiə naziri qeyd edib.
7NEWS.Az








