RU
lombard
Universitetdəki qətliamdan yeni dəhşətli görüntülər: anası bilinməyən faktları açıqladı - ANBAAN VİDEO
17:10
576

Universitetdəki qətliamdan yeni dəhşətli görüntülər: anası bilinməyən faktları açıqladı - ANBAAN VİDEO

Sentyabrın 20-də Rusiyanın Perm şəhərində Dövlət Universitetindən qətliam törədən 18 yaşlı Timur Bekmansurovun anası  polisə ifadə verib.

7News.Az "kp.ru”ya istinadən xəbər verir ki, ana polisə ifadəsində oğlunun sakit təbiətli və qələbəlikdən, kampaniyalardan qaçdığını,  dostlarla görüşməkdənsə tənhalığı üstün tutduğunu  qeyd edib.

"Onu deyə bilərəm ki, oğlum heç zaman insanları sevməyib. Yalnız müəyyən məhdud çərçivədə insanlarla ünsiyyət qurardu, səs -küylü yerləri sevmirdi, sakitliyi, səssizliyi, evdə tək qalmağı sevirdi”- Timurun anası bildirib.

Bununla belə qətliam törədən tələbənin anası onu da əalbə edib ki, o hər zaman oğlunu  ideal hesab edib. Dediyinə görə, çox qayğıkeş və diqqətli birisi idi, xüsusən də heyvanlara qarşı, onları çox  sevirdi:

"O sakit, qayğıkeşdir, heyvanları, xüsusən də pişikləri çox sevir. Mənim üçün  mükəmməl bir uşaq idi.  O mənə  hər işdə kömək edirdi. Əminəm ki, o heç vaxt spirtli  içkilər içməyib və siqaret çəkməmişdir. Onun ruhi xəstəliyi ilə bağlı hər hansı sapmalar  və ya aqressiyalar olmayıb”.

Bekmansurovun anası oğlunun silahla maraqlandığını və son illərdə tez -tez 18 yaşına çatan kimi özünə silah alacağını söylədiyini də dilə gətirib. Ancaq mən bunun qəti əleyhdarı olmuşam. Mən belə söhbətləri xoş qarşılamırdım, amma Timurun atası buna sakit yanaşaraq hobbi hesab edirdi.

"Mənə elə gəlir ki, uşaqlıqdan oğlum silah mövzusu ilə maraqlanırdı, atası ilə bu mövzu haqqında tez -tez danışırdı. Son üç ildə mənə tez -tez 18 yaşına çatanda özünə silah alacağını söyləyirdi. Hansı məqsədlə lazım olduğunu söyləməyib. Mən bunun tam əleyhinə idim. Dedim ki, başqa bir şəhərə oxumağa gedərsənsə, silahı harada saxlayacaqsan? Silahın seyfdə saxlanacağını cavablandırdı. Ərim oğlunun bu sözlərinə sakitcə reaksiya verdi və başa düşdüyüm kimi, buna qarşı deyildi. Çünki oğlunun kişi olduğunu və bunun onun üçün normal olduğunu düşünürdü”, - Timurun anası əlavə edib.

Universitetdə qətliam törədən 18 yaşlı Timur özü də Perm Universitetinin Hüquq fakültəsinin birinci kurs tələbəsi olub. Son açıqlanan rəsmi rəqəmlərə görə,  Törətdiyi qətliam zamanı 6 nəfər ölüb, 29 nəfər isə müxtəlif dərəcədə yaralanıb.  Özü də hazırda yaralı vəziyyətdə xəstəxanada müalicə olunur./olkə


Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ