ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik ABŞ-da “Ay Dat” erməni icmasının nümayəndələri ilə görüşüb.
7News.az erməni KİV-nə istinadən xəbər verir ki, görüş zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini müzakirə ediblər.
Görüşdə “Daşnaksütyun” partiyasının şərq və qərb komitələrinin sədri Ayk Oşakyan və Taron Ter-Xaçatryan, “Ay Dat” komissiyasının sədri Raffi Abramyan və hökumətlə əlaqələr üzrə şöbəsinin direktoru Keyt Naapetyan iştirak edib.








