RU
Uorlik həmsədrlikdən gedir - Ruslarla işləyəcək
16:01
543

Uorlik həmsədrlikdən gedir - Ruslarla işləyəcək

ATƏT-in Minsk qrupunun amerikalı həmsədr Ceyms Uorlik tutduğu vəzifədən gedir.

 

7News.Az xəbər verir ki, o, bu barədə "Twitter” səhifəsində yazıb.

Ceyms Uorlikin həmsədr kimi səlahiyyət müddəti bu il dekabrın 31-də başa çatır. 

"Mənim üçün Dövlət Departamentində 30 ildən artıq müddətdə çalışmaq şərəf idi”, - deyə səfir öz mikrobloqunda yazıb. 

O, həmçinin əlavə edib ki, Rusiyada ən böyük və prestijli hüquq firması olan "Yeqorov, Puqinskiy, Afanasev və tərəfdarları”nda çalışacaq. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ