"Avropa İttifaqı və Böyük Britaniya tərəfdaşdır”.
Bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenin Liz Trassa Böyük Britaniyanın Baş naziri seçilməsi münasibətilə göndərdiyi təbrikdə deyilir.
"İqlim dəyişikliyindən tutmuş Rusiyanın Ukraynaya hücumuna qədər bir çox problemlə birlikdə qarşılaşırıq. Mən razılaşmalarımıza tam hörmətlə yanaşaraq konstruktiv münasibətləri səbirsizliklə gözləyirəm”, - Ursula von der Leyen bildirib.
7NEWS.Az








