Bu ilin yanvar-mart ayları ərzində 20 032 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq Dövlət Sosial Müdafiə Fond tərəfindən ödəniş edilib.
Bu barədə fonddan məlumat verilib.
Müavinət ödənişləri 9 265 nəfər qız, 10 767 nəfər oğlan uşağına görə aparılıb.
Qeyd edək ki, birdəfəlik ödənişin məbləği 600 manatdır.








