RU
Uşağın davranışından şübhələnib evə kamera qoydular - Baxan kimi polisə getdilər - VİDEO
15:00
194

Uşağın davranışından şübhələnib evə kamera qoydular - Baxan kimi polisə getdilər - VİDEO

Türkiyənin İstanbul şəhərində Özgül və Engin Koşar cütlüyü evdə təhsil alan 6 yaşlı autizmli uşaqlarının son zamanlardakı davranışından şübhələnərək otağına gizli kamera yerləşdiriblər.

7News.Az bildirir ki, görüntüləri izləyən valideynlər oğullarının klinik psixoloq İ.A. tərəfindən qəddarcasına döyüldüyünü görüblər.

Uşağın fiziki və psixoloji şiddət gördüyünü anlayan valideynlər polisə şikayət ediblər.

Qeyd edək ki, 4 uşaqlı Koşar ailəsinin ən kiçiyi olan 6 yaşlı Mustafaya 2 yaşında autizm diaqnozu qoyulub. Məlumata görə, sözügedən psixoloq bir il yarımdır ki, uşaqla evdə məşğul olaraq təlim keçir.

Onun uşağın üstünə qışqırıb ağzına vurduğu görünən kadrları təqdim edirik:





BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ