RU
12:35
494

"Uşaq başqasındandır" deyən hamilə arvadını və 10 yaşlı qızını öldürdü - qızını zorlayanla eyni həbsxanaya düşdü - VİDEO

Türkiyə bir müddət əvvəl Manisanın Alaşehir mahalında 4 yaşlı Irmak Kupalın təcavüzə uğrayıb öldürülməsi ilə sarsılmışdı.

7News.az "gazetevatan"a istinadla bildirir ki, daha bir dəhşətli cinayət törədilib. Belə ki, Irmakın vəhşicəsinə ölümündən 3 ay sonra atası Bilal Kupal xanımı Suriye Kupalı və 10 yaşlı qızı Ayşəni bıçaqlayaraq öldürüb.

Bilal arvadını və uşağını qısqanclıq zəminində öldürüb. Belə ki, o, arvadının telefonunda "salam, eşqim" yazılan mesajı görüb. O, arvadı ilə dalaşmağa başlayıb. Bu anda Suriye ərinə: "Uşaq başqasındandır", - deyib. Bunu eşidən ər dəliyə dönüb. O, ayyarımlıq hamilə arvadını, sonra da qızını öldürüb. Onların cəsədini yandırmaq istəyərək intihara cəhd edən Bilalın niyyəti baş tutmayıb. O tutulub. Ana ilə qız isə yan-yana  dəfn ediliblər.

Qeyd edək ki, o, birinci qızını zorlayıb öldürən kişi ilə eyni həbsxanaya göndərilib.//milli

7News.az

4 yaşlı uşağı zorlayıb öldürdüyünü canlı yayımda etiraf etdi


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ