RU
Uşaqlara paylanan şirniyyatların içərisində metal qırıntılarının gizlədildiyi məlum olub
17:10
30

Uşaqlara paylanan şirniyyatların içərisində metal qırıntılarının gizlədildiyi məlum olub


7News.az xəbər verir ki, Almaniyada "Hellouin" (Halloween) bayramı zamanı uşaqlara paylanan şirniyyatların içərisində iynələr, mismarlar, vintlər və metal qırıntılarının gizlədildiyi məlum olub. Ölkə üzrə 80-dən çox hadisə ilə bağlı araşdırmalara başlanılıb. Məlumatlara görə, azı iki uşaq ağız nahiyəsindən xəsarət alıb. Polis hazırda bu hadisələrin sosial şəbəkələrdə yayılan hər hansı bir çağırış və ya onlayn trendin təsiri ilə baş verib-vermədiyini araşdırır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ