Şəmkirdə usta ağır xəsarət alıb.
Hadisə rayonun Şiştəpə kəndində qeydə alınıb.
Tovuz rayon sakini, 1966-cı il təvəllüdlü Mehman Qəhrəmanov kənddə divar hörən zaman hündürlükdən yerə düşüb. Ağır kəllə-beyin travması və sağ ayağın sınığı xəsarətləri alan M. Qəhrəmanov Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib, vəziyyəti orta ağırdır./apa
7news.Az








