7NEWS.az xəbər verir ki, Yeni Zelandiyanın Dunedin hava limanında vida qucaqlaşmalarının üç dəqiqə ilə məhdudlaşdığını bildirən lövhə ziyarətçiləri təəccübləndirib. Hava limanının eniş yerində quraşdırılmış lövhədə xəbərdarlıq edilir: "Maksimum qucaqlaşma müddəti 3 dəqiqədir. Daha sevgi dolu vidalar üçün, lütfən, avtomobil parkından istifadə edin".








