RU
Vaksin ölkəmizə gətirildikdən sonra Azərbaycanda karantin rejimi ləğv edilir? - AÇILQLAMA
16:00
364

Vaksin ölkəmizə gətirildikdən sonra Azərbaycanda karantin rejimi ləğv edilir? - AÇILQLAMA

Xəbər verdiyimiz kimi, ÜST Rusiyanın koronavirus vaksininə müsbət rəy verib. Bundan əlavə, Azərbaycana koronavirus peyvəndinin gətirilməsi ilə bağlı saziş imzalanıb. Vaksinin ölkəmizə gətirildikdən sonra Azərbaycanda karantin rejimi ləğv edilə bilərmi?

7News.Az xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan deputat İlham Məmmədov bildirib ki, "COVİD 19"un özünü bundan sonra necə aparacağını heç kim bilmir:

"Biz həmişə deyirik ki, pandemiya hələ bitməyib. Bunu Ümumdünya Səhiyyə Təşkilatı da elan edib. Sadəcə olaraq biz pandemiya ilə yaşamağı öyrənməliyik. Buna uyğun olaraq sərt karantin rejimindən yumşalmalara gedildi. Təbii ki, insanların sərt karantin rejimi zamanı əldə etdiyi vərdişlər əsasında biz özümüzü koronavirusdan qoruya bilərik. Məktəblərdə koronavirusun yayılması gözlənilən idi. Çünki məktəblər daha çox ictimailəşən yerdir. Uşaqların sosial məsafəni qoruması çətindir. Uşaq təbiyyəti çılğındır. Daim həmyaşıdları ilə təmasdadırlar. Düşünmürəm ki, bu əlamətdə təcrid olunanların hamısı koronavirusa yoluxub".

 
Deputat vurğulayıb ki, havaların nisbətən soyuması, payız fəslinin gəlməsi və birdən-birə iqlim dəyişimi bir çox yuxarı tənəffüs xəstəliyini üzə çıxara bilər:

"Təbii ki, bu o demək deyil ki, sərt karantin rejiminə keçirilməlidir. Daxili şərtlərlə məktəblərdə təhsil davam edəcək. Burada da könüllülük prinsipi var. Valideynlər var ki, övladlarının təhsili distant davam etdirmələrini istəyirlər. Bu seçim hüququ şagirdlərə və valideynlərə veriləcək. Hesab edirəm, biz qoyulan qaydalara əməl edərək bu virusla mübarizə aparmalıyıq".
Deputat qeyd edib ki, bu gün ölkəmizin iqtisadi fəalığını da nəzərə almalıyıq:

"Bilirsiniz ki, Ermənistan tərəfindən ölkəmizə qarşı hər gün müxtəlif xarakterli təxribatlar törədilir. Ona görə də koronavirusla yaşamağı öyrənərək həyatımıza davam etməliyik. Təbii ki, karantin qaydalarına əməl edilməsi vacibdir. Pandemiya bitənə kimi biz yoluxma hallarına rast gəlməyə davam edəcəyik.

Vaksinin tədbiq edilməsinin qaydaları var. Hansı ölkənin vaksininin daha effektiv olaması bəlli olduqdan sonra peyvənd ölkəyə gətirilə bilər. Vaksinin gətirilməsi üçün müqavilə bağlamaq asandır. Bu gün koronavirus əleyhinə çox sayda vaksinlər hazırlanır. Bu vaksinlər lazım olan kliniki və tədqiqat mərhələlərindən keçmədən heç kim deyə bilməz ki, hansı daha effektivdir. Vaksindən sonra əhalinin nə qədər böyük hissəsinin immunitet qazanacağı məlum deyil. Bu gün vaksinə ümid etməməli, özümüz özümüzü qorumalıyıq".

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ