RU
Vasif Talıbov stansiyanı işə saldı
14:10
473

Vasif Talıbov stansiyanı işə saldı

Naxçıvanda 2 meqavat gücündə yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib.

7news.Az  xəbər verir ki, açılış mərasimində iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bildirib ki, enerji təhlükəsizliyinin təmin olunması, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə o ölkələrdə mümkün olur ki, həmin ölkələrdə sabitlik və inkişaf olsun. "Harada enerji varsa, orada həyat var, iqtisadi inkişaf var. Günəş elektrik stansiyalarında istehsal olunan elektrik enerjisi ucuz başa gəlir. Bu da muxtar respublikanın energetika sisteminə öz töhfəsini verəcək”.

V. Talıbov idarəetmə otağında stansiyanı işə salıb.

Qeyd edək ki, 2016-cı il noyabrın 11-də İsveçrənin "Pure Energy Development” SARLŞirkəti ilə müqavilə bağlanılıb və Naxçıvan Günəş Elektrik Stansiyasının ikinci ərazisində 1,3 meqavat, beşinci ərazisində isə 0,7 meqavat gücündə 7 min 700 ədəd şüşə-şüşə tipli günəş panelləri quraşdırılıb. Tikinti işləri aparılarkən stansiya ərazisində müvafiq  inventarlar, transformatorlar, kommutasiya aparatları, 2 transformator yarımstansiyası da quraşdırılıb və digər tədbirlər həyata keçirilib.

 


 
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ