RU
Vaşinqtonda atışma nəticəsində biri yeniyetmə olmaqla 5 nəfər yaralanıb
23:50
849

Vaşinqtonda atışma nəticəsində biri yeniyetmə olmaqla 5 nəfər yaralanıb

Vaşinqtonun cənub-şərqində baş verən atışma nəticəsində 13 yaşında yeniyetmə də daxil olmaqla 5 nəfər yaralanıb.

7NEWS.Az bu barədə "The Washington Post" qəzetinə istinadən xəbər verir.

Məlumata görə, naməlum şəxs Alabama prospektində bir ərzaq mağazasının qarşısında dayanan bir qrup insana atəş açıb.

Nəticədə 5 nəfər güllə yarası alıb. Onlardan üçü xəstəxanaya aparılıb, qalan ikisinə ilkin tibbi yardım göstərilib.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ