Türkiyədə ayaqsız doğulan və ürəyindəki dəliklə yaşamaq məcburiyyətində qalan 10 yaşlı Miraç Öğmen vəhşiliyə məruz qalıb.
7News.az "Milliyet"ə istinadla bildirir ki, protez ayaqlarla çətinliklə gəzə bilən Miraç ötən gün əmisi ilə birlikdə gəzərkən döyülüb.
Hadisə Ərzurum şəhərinin Yakultiye mahalında baş verib. Onlar küçədə gəzərkən qarşılarını kəsən avtomobildən düşən naməlum şəxslər uşağın əmisini yaralayıblar, özünü isə təpikləyiblər.
Hadisədən sonra uşağın əmisi onu da götürərək polisə gedib.
Məsələ ilə bağlı araşdırma aparılır.
7News.az










