RU
VƏHŞİLİK: Pişiyin qulaqlarını və ayaqlarını kəsib cəsədini... - FOTO
14:52
399

VƏHŞİLİK: Pişiyin qulaqlarını və ayaqlarını kəsib cəsədini... - FOTO

Türkiyədə heyvana qarşı növbəti vəhşilik edilib. 

 Şanlıurfada qulaqları və ayaqları kəsilərək öldürülən pişik kimliyi bilinməyən şəxslər tərəfindən parka atılıb. 

Hadisə Yenişəhər məhəlləsində baş verib. Məhəllə sakini Tuncay Vurğun işə gedən zaman parkda pişik cəsədi tapıb. Bu zaman o bələdiyyə işçilərinə xəbər verib. 

Tunvay Vurğun pişiyə bu vəhşiliyi edənlərin tapılmasını istəyib: " Səhər işə gedən zaman qulaqları və ayaqları kəsilmiş pişik cəsədi gördüm. Kəsilmiş qulaqlar və ayaqlar da cəsədin yanına atılmışdı”./big

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ