7NEWS.az xəbər verir ki, Venesuela hökuməti ABŞ-ın elan etdiyi yeni sanksiyaların ölkənin vətənpərvərlərini hədəf aldığını və onların bu qərarlara əməl etməyəcəklərini bildirib. Açıqlamada ABŞ-ın təktərəfli zülmkar qərarlarına boyun əyməyəcəyi vurğulanıb və "Bu, eqoist, səhv və çarəsiz bir hökumətin hərəkətidir. Biz bunu seçkilərdəki uğursuzluğu və sosial böhranı ölkə daxilində gizlətmək cəhdi olaraq görürük. ABŞ hökuməti bu sanksiyalarla öz ölkəsindəki daxili problemləri ört-basdır etməyə çalışır." deyə bildirilib.








