RU
Venesuelada zəlzələdən 4 gün sonra ata və oğlu sağ tapıldı
12:30
27

Venesuelada zəlzələdən 4 gün sonra ata və oğlu sağ tapıldı

Venesuelada xilasedicilər güclü zəlzələdən sonra təxminən dörd gün dağıntılar altında qalan kişi və onun yeniyetmə oğlunu sağ tapıblar.

Bu barədə Britaniyanın "The Guardian" qəzeti məlumat yayıb.

Məlumata görə, xilasetmə tədbirləri paytaxt Karakasdan 40 kilometr şimal istiqamətində yerləşən Karabalyeda şəhərində həyata keçirilib. Axtarış-xilasetmə işlərinə ABŞ və Fransadan olan mütəxəssis qrupları da cəlb olunublar.

Xatırladaq ki, Venesuelada zəlzələ iyunun 24-ü axşam saatlarında baş verib. Təxminən 40 saniyə fasilə ilə 7.2 və 7.5 bal gücündə iki yeraltı təkan qeydə alınıb. Onların episentrləri Yarakuy ştatında bir-birindən 10 km məsafədə yerləşib. Zəlzələdən sonra 214 afterşok baş verib.

Son məlumatlara görə, təbii fəlakət nəticəsində 1 430 şəxsin həlak olduğu rəsmən təsdiqini tapıb, əlavə olaraq 3 238 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin evsiz qalan 3 142 zərərçəkmiş ailə hazırda onlar üçün ayrılmış xüsusi sığınacaqlarda lazımi yardımlarla təmin olunurlar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ