İyunun 30-da Yer kürəsində G1 (zəif səviyyəli) maqnit qasırğasının baş verəcəyi gözlənilir.
7News.Az-ın kp.ru-ya istinadən xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
Məlumata görə, iyunun 29-da maqnit qasırğasının yaranma ehtimalı 10 faiz təşkil edir. İyunun 30-da isə bu göstərici 87 faizə yüksələrək Yer maqnit sahəsində zəif dalğalanmaların olacağı proqnozlaşdırılır.
Alimlərin proqnozuna əsasən, iyul ayı ərzində maqnitosferin ümumilikdə sabit qalacağı gözlənilir.








