Azərbaycan Mətbuat Şurası, Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi (PXTİB) və "Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi ilə birgə "Vətəndaş Cəmiyyətinin psixoloji maarifləndirilməsi və Media” layihəsinə 2018-ci ilin aprel ayından start verilir.
Layihənin məqsədi psixoloji maarifləndirmə işinin mətbuatda peşəkarlıqla işıqlandırılmasını və bu vacib mövzunu aktuallaşdırmasıdır.
Layihənin icrası 6 ay davam edəcək. Layihənin açılış mərasimi aprel ayında olacaq. Daha sonra "KİV-də psixoloji maarifləndirmə”, "Mətbuatın mənəviyyata və insan psixologiyasına təsiri”və "Jurnalist psixoloqların hazırlığı məsələsi” mövzularında təlimlər keçiriləcək , jurnalistlərin "Loqos”-un Gəncə, Lənkəran, Xaçmaz və Bərdə filiallarına ekskursiyası təşkil ediləcək.
Layihənin yekununda fərqlənən jurnalistlər"Loqos”-un dostu” mükafatı ilə təltif olunacaqlar.
Layihədə iştirak etmək istəyən media nümayəndələri aşağıdakı linkə https://docs.google.com/forms/d/e/1FAIpQLSfhuk38IRn8qzD97ICHELkbQbW2BF3GAdhCUR12ge8xGXqnzw/viewformdaxil olaraq formanı tərtib edib, [email protected]ünvanına göndərərək qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat bitdikdən sonra jurnalistlər müsahibəyə dəvət ediləcək onlara layihə haqqında ətraflı məlumat veriləcəkdir.








