RU
Virusoloqlardan koronavirusla bağlı ŞOK AÇIQLAMA
11:13
275

Virusoloqlardan koronavirusla bağlı ŞOK AÇIQLAMA

Rusiya virusoloqları, sətəlcəmə səbəb olan SARS-CoV-2 koronavirusunun aqibəti barədə açıqlama veriblər. Onların fikrincə, virusu tamamilə məğlub etmək olmayacaq, virus qrip kimi mövsümi olaraq peyda olacaq.

7News.Az-ın "İzvestiya"ya istinadən verdiyi xəbərə görə, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, biologiya elmləri doktoru Sergey Netyosov hesab edir ki, simptomsuz və uzun müddət xəstələnən insanlar arasında virus sabit qala bilər.

Onun sözlərinə əsasən, əhalinin ən həssas təbəqəsi - yaşlılar, xroniki xəstələr və immuniteti zəif olanlar - hər il "COVID-19" eidemiyasının qurbanına çevrilə bilər.

Tibbi Parazitologiya, Tropik və Transmissiv Xəstəliklər İnstitutunun direktoru Aleksandr Lukaşev da Netyosovun proqnozu ilə razılaşıb. Onun sözlərinə görə, Kəskin Respirator Virus İnfeksiyaları (KRVİ) adı altında mövcud olan təhlükəsiz respirator koronavirusları məhz belə peyda olub.

Bununla yanaşı, mütəxəssis qeyd edib ki, vəziyyətin gedişatını proqnozlaşdırmaq çətindir, çünki daha öncə belə bir hadisə baş verməyib.

Moskva Fizika və Texnologiya İnstitutunun Bioloji və Tibbi Fizika fakültəsinin dekanı Aleksandr Melerzanov da, öz növbəsində, bildirib ki, gələcəkdə "COVID-19" epidemiyası dalğavari şəkildə təkrarlanacaq.

Onun sözlərinə əsasən, adətən koronaviruslara yoluxma halları daha çox payız-qış dövründə qeydə alınır. Məhz vu koronavirusa gəlincə isə, xəstəliyin tam kökünü kəsmək olmayacaq, onu sadəcə digər qrip viruslarıyla müqayisə edərək, nəzarət altında saxlamaq mümkündür.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ