7NEWS.az xəbər verir ki, Vyetnamın Gia Lai əyalətində evin təməli üzərində aparılan işlər zamanı 32 əsgərin kütləvi məzarlığı tapılıb. Evin bünövrəsində aparılan qazıntı zamanı çoxlu sümük parçaları aşkar edən ev sahibi səlahiyyətlilərlə əlaqə saxlayıb. İnsan qalıqlarının Vyetnam əsgərlərinə aid olunduğu təsdiqlənsə də, əsgərlərin hansı müharibədə həlak olduğunun hələ müəyyən edilmədiyini açıqlayıb.








