RU
Xaçmazda kişi itkin düşdü - FOTO
11:40
203

Xaçmazda kişi itkin düşdü - FOTO

Xaçmazda 45 yaşlı kişi itkin düşüb.

Bu barədə 7News.Az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, Xaçmaz rayon sakini, 1975-ci il təvəllüdlü Əsədullayev Məhəmməd Rufulla oğlu iyul ayının 18-i yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.


M.Əsədullayevin əlamətləri belədir: boyu 168 sm-dir, gözlərinin rəngi şabalıdıdır, arıq bədən quruluşludur.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinə 023-325-53-56 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
 
 
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ