RU
Xalq artisti Röyanın yarıçılpaq etno tərzi - VİDEO
17:40
668

Xalq artisti Röyanın yarıçılpaq etno tərzi - VİDEO

Xalq artisti Röya Ayxan yeni paylaşımı ilə gündəmə səs salıb.

7News.Az xəbər verir ki, kiçik buruqlu saç düzümü ilə etno tərzli alt geyimdə kamera önünə keçən sənətçi cəngəllik fonunda cazibədar pozlar verib.

Videoformatda lentə alınan fotosunu R.Ayxan 2,1 milyonluq sosial media hesabında izləyiciləri ilə bölüşüb.

R.Ayxanın rəngarəng və qeyri-adi geyimi, makiyajı, eləcə də, açıq-saçıq tərzi üzərində peşəkar stilist və vizajistlər Ruxa və Zahid Baydarov çalışıblar.

Fit bədən quruluşunu nümayiş etdirən pop ulduz seksual görünüşü ilə göz oxşayıb.

 

Qeyd edək ki, Röya Ayxan bir müddət öncə Moskvada qarın nahiyəsində abdominoplastika əməliyyatı keçirib. Bununla da Xalq artisti qarın əzələlərini daha da cəlbedici görünüşə salıb. 


7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ