RU
Xamenei ABŞ-ı “böyük iblis”
17:54
1184

Xamenei ABŞ-ı “böyük iblis”

“Təəssüf ki, bəzi islam hökumətləri ABŞ siyasətinin yürüdülməsi üçün təməl yaradırlar”.

İranın ali lideri Ayətullah Seyid Əli Xamenei ABŞ-ı növbəti dəfə “böyük iblis” adlandırıb və bu ölkənin siyasətini dəstəkləyən regional dövlətləri tənqid edib.

7News.Az  xəbər verir ki, bu barədə ali liderin saytı məlumat yayıb.

“Təəssüf ki, bəzi islam hökumətləri öz dostlarına xəyanət edir və ABŞ siyasətinin yürüdülməsi üçün təməl yaradırlar”, - Xamenei bildirib.

Onun sözlərinə görə, bəzi islam ölkələri, siyasəti islam dünyası üçün ciddi problem olan ABŞ ilə əməkdaşlıq edirlər.  

“Biz zəif olmalı deyilik. Biz güclü olmalıyıq. Hakimiyyət yalnız pul və silah deyil. İnam və müqavimət hakimiyyətin əsaslarıdır”, - Xamenei bildirib.

Onun sözlərinə görə, düşmən islamın gücündən qorxur və İranın əsas şücaəti ABŞ-a müqavimətdir.

Xamenei həmçinin bildirib ki, İslam Respublikasının mövqeyi dünyada böyük dəstək görür./trend

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ