RU
Xamenei: Tramp Amerikanın əsl simasını göstərdi
23:30
309

Xamenei: Tramp Amerikanın əsl simasını göstərdi

İranın ali lideri Ayətullah Seyid Əli Xamenei ABŞ prezidenti Donald Trampın fəaliyyətini qiymətləndirib.

7news.Az-ın xəbərinə görə, Xamenei bu barədə çərşənbə axşamı, fevralın 7-də, öz Twitter səhifəsində yazıb.

"Biz Trampı dəyərləndiririk! O, bizə Amerikanın əsl simasını göstərmək üçün böyük iş görüb”, - Xamenei yazıb.

İranın ali lideri həmçinin əslən İrandan olan beş yaşlı uşağın hava limanında saatlarla əlləri qandallı saxlanılmasını xatırladıb.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ