RU
Xanım sürücü qəzada xəsarət alıb - VİDEO
11:30
306

Xanım sürücü qəzada xəsarət alıb - VİDEO

Bakının Nəsimi rayonunda gecə saatlarında yol-nəqliyyat hadisəsi baş verib.

Həsən Əliyev küçəsində qeydə alınan qəza zamanı 1 nəfər yalanıb. "90 CB 272” dövlət nömrə nişanlı "Hyundai” markalı avtomobilin xanım sürücüsü yol nişanının tələbini pozub.

Bu zaman avtomobil qarşı yolda hərəkətdə olan "99 MG 533” dövlət qeydiyyatlı "Volkswagen” markalı minik maşınına çırpılıb. Zərbənin təsirindən "Volkswagen” yol kənarındakı səkiyə dəyib.

Qəza zamanı "Hundai”-ın xanım sürücüsü xəsarət alıb. Onun şəxsiyyəti hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır./oxu

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ