RU
Xankəndi-Goris avtomobil yolunun bağlanması 9 noyabr sənədinin icrasıdır - general Movses Akopyan
21:30
568

Xankəndi-Goris avtomobil yolunun bağlanması 9 noyabr sənədinin icrasıdır - general Movses Akopyan

BMT-yə müraciəti heç bir nəticə verməyəcək, çünki Qarabağ Azərbaycanın bir hissəsidir
Xankəndi-Goris avtomobil yolunun bağlanması 9 noyabr sənədinin icrasıdır. 

Bunu Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Movses Akopyan "news.am”a açıqlamasında deyib.
"Vəziyyət narahatedicidir. Amma düşünürəm ki, danışıqlar nəticəsində yolu açmaq mümkün olacaq. Heç kim sadəcə olaraq erməni tərəfini, qismən də Qarabağdakı erməniləri nəzərə almır. Əslində 9 noyabr tarixli sənəd özünü hiss etdirir. Bu sənədə görə, Qarabağ Azərbaycanın bir hissəsidir” - Akopyan bildirib.

Onun sözlərinə görə, Xankəndindəkilərin  Təhlükəsizlik Şurasının iclasının çağırılması üçün BMT-yə müraciəti heç bir nəticə verməyəcək./olke
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ