RU
Xarkovda ölənlərin sayı artdı - Yenilənib
21:15
135

Xarkovda ölənlərin sayı artdı - Yenilənib

Rusiya ordusu Xarkov şəhərinə raket zərbələri endirib.

Bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib:

"Təəssüf ki, zərbələr nəticəsində dinc sakinlər ölür və yaralanır. Təkcə bu gün 3 nəfər həlak olub. Xarkov sənaye rayonunun gündüz saatlarında atəşə tutulması nəticəsində 2 nəfər yaralanıb. Son bir neçə gündə Xarkovun atəşə tutulması gecə saat 23:00-00:00 arasında qeydə alınıb”.

Atışmalara baxmayaraq, sakinlər Xarkova qayıtmaqda davam edir. İlkin məlumatlara görə, artıq şəhərdə 700 minə yaxın sakin yaşayır. Bu, xarkovluların, demək olar ki, yarısıdır.

***

İyunun 21-nə keçən gecə Xarkovun atəşə tutulması nəticəsində 4 nəfər həlak olub, 10 nəfər yaralanıb.

Bu barədə Xarkov Regional Şurası sədrinin müşaviri Natalya Popova feysbuk səhifəsində məlumat verib.

Popovanın sözlərinə görə, ölənlər arasında bir uşaq da var.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ